
Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Bayramova Elmira Qəzənfər qızı təhsil sahəsində peşəkar fəaliyyəti, məsuliyyətli idarəçiliyi və məktəbin inkişafına verdiyi töhfələrlə valideynlərin rəğbətini qazanan təhsil rəhbərlərindən biri kimi tanınır.
Valideynlərin sözlərinə görə, məktəbdə formalaşdırılan sağlam təhsil mühiti, nizam-intizamın qorunması və şagirdlərin savadlı yetişməsi istiqamətində görülən işlər Elmira xanımın idarəçilik bacarığının göstəricisidir. Bildirilir ki, məktəbdə həm müəllim heyəti, həm də şagirdlərlə münasibətlər qarşılıqlı hörmət və pedaqoji prinsiplər əsasında qurulub.
Məktəbin tədris göstəricilərinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi qeyd olunur. Valideynlər hesab edirlər ki, Elmira Bayramova yalnız bir rəhbər kimi deyil, eyni zamanda təhsilə ürəkdən bağlı ziyalı bir pedaqoq kimi fəaliyyət göstərir.
Qeyd edilir ki, məktəbdə keçirilən müxtəlif maarifləndirici layihələr, sosial və mədəni tədbirlər şagirdlərin hərtərəfli inkişafına müsbət təsir göstərir. Direktorun valideyn müraciətlərinə həssas yanaşması, problemlərin operativ şəkildə araşdırılması və məktəbdə sağlam mühitin qorunmasına verdiyi önəm də yüksək qiymətləndirilir.
Valideynlər bildirirlər ki, Bayramova Elmira Qəzənfər qızı kimi təcrübəli və məsuliyyətli təhsil rəhbərlərinin fəaliyyəti cəmiyyət üçün nümunə hesab olunmalı, onların gördüyü işlər ictimaiyyətə təqdim edilməlidir.





