
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən çoxmillətli hərbi təlimləri izləyib.
Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da iştirak ediblər. Müxtəlif ölkələrin qatıldığı təlimlərdə döyüş hazırlığı, koordinasiya və birgə əməliyyat bacarıqları nümayiş etdirilib.
Qeyd edək ki, Türkiyədə keçirilən beynəlxalq hərbi təlimlər müttəfiq ölkələr arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.









