
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) fəaliyyəti və tarif tənzimlənməsi ilə bağlı 2003-cü il 4 avqust tarixli 903 nömrəli fərmana dəyişiklik edilməsi barədə yeni fərman imzalayıb.
Dəyişikliyə əsasən, XRİTDX tərəfindən göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla həmin qurum tərəfindən təsdiq ediləcək. Yeni tariflər təsdiqlənənədək mövcud tariflər hüquqi qüvvəsini saxlayacaq.
Eyni zamanda “Feldyeger rabitəsi haqqında” qanunun tətbiqi ilə bağlı 903 nömrəli fərmanın 2.5-ci bəndində də dəyişiklik edilib. Belə ki, “Tarif (qiymət) Şurası” ifadəsi yeni redaksiyada Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və müvafiq nazirliklərin rəyi ilə əvəz olunub.
Qeyd edək ki, bu dəyişikliklər dövlət xidmətlərinin tarif tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi və idarəetmənin daha çevik şəkildə həyata keçirilməsi məqsədi daşıyır.





