• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Zərifə Əliyevanın 100 illik yubileyidir [xfvalue_red]

28 Nis, 23 - 09:00

Zərifə Əliyevanın 100 illik yubileyidir


Aprelin 28-i görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümüdür.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir.

Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib.

Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemin - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi.

Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayıb.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb.

1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının məzarı yanında dəfn olunub.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident və xanımı Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla söhbət ediblər
backend
Qərbi Azərbaycan İcmasında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilən konfrans keçirilib
backend
Kardiologiya İnstitutunda yoxlamalar BAŞLADI
backend
Rəna Məmmədov: Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib
backend
Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 293

XƏBƏR LENTİ

İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:478 Ekm
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:428 Ekm
İstanbulda altımərtəbəli bina çökdü: Dağıntılar altında qalanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:368 Ekm
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:348 Ekm
Saatlıda ağır yol qəzası: 5 yaşlı uşaq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:328 Ekm
Büdcədənkənar ödənişlərin yuxarı hədlərinin tətbiqi ilə bağlı müddət dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:218 Ekm
Pensiyaların ödəniləcəyi tarixlər açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:188 Ekm
Ağdamdakı məktəbə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:168 Ekm
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:148 Ekm
İlham Əliyev: Vətən müharibəsində qazandığımız Zəfər itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar açıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:138 Ekm
Təbiətin keşiyində məsuliyyətli idarəçilik – Asif Məcidovun rəhbərliyi ilə Sumqayıt Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:377 Ekm
Valideynlərin yüksək qiymətləndirdiyi təhsil mühiti – Səyyar Abdullayevin rəhbərliyi ilə peşə təhsilində məsuliyyət və keyfiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:257 Ekm
Dövlət məktəblərində müəllimlərin geyimi ilə bağlı tələblər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:087 Ekm
Qazaxda 11-ci sinif şagirdi həmkəndlisini bıçaqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:067 Ekm
Bakı və Sumqayıtda bağçaların təmirinə 7,8 milyon manat ayrılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:037 Ekm
Polkovnik Rahim Cəfərov vəzifəsindən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:017 Ekm
Paşinyan: Azərbaycanlı hərbçi Nəsimi Musayev bir müddət Ermənistanda qalacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:597 Ekm
Nizami rayonunda məktəblinin ölümünə səbəb olan hadisənin təfərrüatı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:577 Ekm
Ağsuda 40 yaşlı kişi qayınanasını döyüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:537 Ekm
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:517 Ekm
Abşeronda tələbənin ölümü ilə nəticələnən qəzanı törədən şəxsə hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:487 Ekm
Əli Əsədovdan duracaqlar və qarajlarla bağlı yeni qərar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:457 Ekm
Qara dənizdə dron hücumu: Azərbaycanlı kapitan həlak olub, bir vətəndaşımız itkin düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:447 Ekm
Yasamalda bəzi ərazilərdə elektrik enerjisi kəsiləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:326 Ekm
Tovuzda sərxoş ata oğlunu bıçaqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:256 Ekm
Penitensiar Xidmətin sabiq rəisi həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:226 Ekm
Eltəkin Ömərov ANAMA-da yeni vəzifəyə təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:206 Ekm
Türkiyənin tanınmış hakimi həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:186 Ekm
Prezident İlham Əliyev dünya çempionu Əhməd Yusifovla görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:156 Ekm
Bakıda iti pəncərədən atan şəxs 25 sutka həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:126 Ekm
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:096 Ekm
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:076 Ekm
Qara dənizdə şəhidimizin adını daşıyan gəmiyə dron hücumu: 2 nəfər həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:046 Ekm
ANS-in keçmiş əməkdaşına yeni vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:255 Ekm
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:235 Ekm
Qanunvericiliyə “paraleqal” anlayışı daxil edilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:195 Ekm
İlham Əliyev Avstriyanın yeni səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:175 Ekm
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:145 Ekm
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Şübhəli saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:115 Ekm
Kənd təsərrüfatında yeni subsidiya mexanizmləri: 20 min manatadək dəstək veriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:095 Ekm
Müəllimə verilən dəyər gələcəyə verilən dəyərdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:315 Ekm
Bir məktəbin uğurunda görünən və görünməyən zəhmət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:205 Ekm
Məktəbə rəhbərlik etmək — gələcəyə istiqamət verməkdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:175 Ekm
Təhsilə sədaqət və məktəb idarəçiliyində nümunəvi yanaşma — Nəcibə müəllimə [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:135 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə