
Ağstafa rayonunda fəaliyyət göstərən Ailə Klinikası pasiyentlərə göstərdiyi tibbi xidmət, peşəkar yanaşması və qayğıkeş kollektivi ilə seçilən tibb müəssisələrindən biridir.
Klinikanın rəhbəri Əfsanə Məmmədovanın rəhbərliyi altında müəssisədə pasiyent məmnuniyyətinin, keyfiyyətli tibbi xidmətin və müasir müalicə prinsiplərinin əsas prioritet olduğu qeyd edilir. Burada hər bir müraciət edən vətəndaşa diqqət və həssaslıqla yanaşılır, sağlamlığın qorunması üçün zəruri tibbi xidmətlər göstərilir.
Ailə Klinikası müasir tibbi avadanlıqları, peşəkar həkim heyəti və səmimi münasibəti ilə rayon sakinlərinin etimadını qazanmağa davam edir. İnsan sağlamlığını hər şeydən üstün tutan bu tibb müəssisəsi gələcəkdə də yüksək keyfiyyətli xidmət göstərmək əzmi ilə fəaliyyətini davam etdirir.
Ağstafa rayonunda səhiyyənin inkişafına verdiyi töhfələrə görə Ailə Klinikasının kollektivinə və rəhbərliyinə uğurlar arzulayır, onlara məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər diləyirik.





