
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də axşam saatlarında Almaniya Federativ Respublikasına rəsmi səfərə yola düşüb.
Qanuntv.az xəbər verir ki, Berlin şəhərində yerləşən Brandenburq "Willy Brandt" Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezidenti hava limanında Almaniya tərəfinin rəsmi nümayəndələri qarşılayıblar.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.







