
Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü qeyd olunur.
Qanuntv.az xəbər verir ki, Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti ilə qoyulub.
"Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, xalqın maariflənməsində, milli düşüncənin formalaşmasında və ana dilində mətbuat ənənəsinin yaranmasında müstəsna rol oynayıb. Məhz bu qəzet Azərbaycan jurnalistikasının inkişafına yol açaraq sonrakı dövrdə onlarla mətbu orqanın yaranmasına təkan verib.
Bu gün Azərbaycan mətbuatı zəngin inkişaf yolu keçərək müasir informasiya məkanının ayrılmaz hissəsinə çevrilib. Çap mediası ilə yanaşı, elektron informasiya resursları və rəqəmsal media platformaları da cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında mühüm rol oynayır.
151 illik yubiley münasibətilə ölkənin bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, foto və video müxbirləri, eləcə də informasiya sahəsində çalışan hər kəsi təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
22 İyul – Milli Mətbuat Günü mübarək!





