
İranın iyul ayı ərzində Yaxın Şərqdə ABŞ hərbi bazalarına endirdiyi raket zərbələri nəticəsində yaralanan amerikalı hərbi qulluqçuların sayı 100-ə yaxınlaşıb.
Bu barədə CBS News teleşirkəti məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ABŞ hərbçilərinin bir qismi xəstəxanalarda müalicə olunur, digərlərinə isə yerində tibbi yardım göstərilib. Yaralıların dəqiq sayı ilə bağlı Pentaqonun qiymətləndirmələrinin davam etdiyi bildirilir.
Qeyd edək ki, son günlər İran və ABŞ arasında gərginlik yenidən artıb. Vaşinqton bölgədəki hərbi mövcudluğunu gücləndirərkən, ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərə qarşı həyata keçirilən hücumların cavabsız qalmayacağını və İranın bunun əvəzini ağır şəkildə ödəyəcəyini bəyan edib.
Müşahidəçilərin fikrincə, Yaxın Şərqdə davam edən qarşıdurma regionda təhlükəsizlik risklərini daha da artırır və tərəflər arasında gərginliyin yeni mərhələyə keçə biləcəyi ehtimalını gücləndirir.





