
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirəcək, həmçinin icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edəcək.
Sənədə görə, Tədbirlər Planının icrasının monitorinqi və qiymətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Bununla yanaşı, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Qeyd edək ki, yeni Tədbirlər Planı ölkədə məşğulluq siyasətinin təkmilləşdirilməsi, əmək bazarının inkişafı və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə yönəlmiş tədbirləri əhatə edir.





