
Goranboyda bir ailənin iki üzvü qətlə yetirilib.
Hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq öldürüldüyü bildirilir.
Hadisəni L. İsmayılovanın yeniyetmə oğlunun törətdiyi ehtimal edilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.