
Almaniya şirkəti SOCAR-dan əlavə təbii qaz almaq istəyir.
SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Uniper SE”nin baş kommersiya direktoru, “Uniper Global Commodities SE”nin baş icraçı direktoru Karsten Poppinga ilə görüşü keçirilib.
Söhbət zamanı “Uniper” şirkətinin Azərbaycan qazını alıb Avropa bazarına çıxaran əsas tərəfdaşlardan biri qismində fəaliyyəti qeyd olunub, SOCAR-dan potensial əlavə qaz həcmlərinin alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə şirkətlər arasında “Upstream” sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində atılan addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.