
“Hugo Boss Burberry” brendinin yeni bir marka olduğunu sizdən eşidirəm. Plaş yenə də əynimdədir, 3 il bundan öncə, 350 manata almışam.
Qanuntv.az-ın xəbərinə görə, bunu Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib.
O, plaşla bağlı məlumat yayanları Neftçalaya dəvət edib: “Gəlsinlər, Möhtərəm cənab Prezidentin yüksək diqqəti ilə rayonda artan gücü, neftçalalı zəhmətkeşlərin əldə etdiyi uğurları işıqlandırsınlar. Hesab edirəm ki, I Balıq Festivalı da uğurla həyata keçirilib, doğma rayonumuza xeyirli, uğurlu olsun”.





