
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsi barəsində növbəti dəfə inzibati tədbir görüb.
Qanuntv.az-ın məlumatına görə, aparılan yoxlamalar zamanı istehlakçı hüquqlarının pozulması faktı aşkar edilib. Belə ki, “Bravo” marketdə “Rucker Gauda” pendirinin 1 kiloqramının qiyməti vitrində 19,49 manat göstərilsə də, məhsul kassada 22,99 manata satılıb.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi üzrə protokol tərtib edilib. Sözügedən maddəyə əsasən, “Bravo” supermarketlər şəbəkəsi 4 min manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsi daha əvvəl də oxşar pozuntulara yol verdiyi üçün dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.
Qanuntv.az





