
“Rus Evi”nin Azərbaycanda rəsmi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi açıqlanıb.
Qanuntv.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, qanunvericiliyə əsasən, hər bir qurum ölkə ərazisində yalnız Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərə bilər. Onun sözlərinə görə, Rusiya tərəfi “Rus Evi”nin ləğvi ilə bağlı əməkdaşlar göndərib və Azərbaycan tərəfi tərəfindən müvafiq dəstək göstərilib.
Ceyhun Bayramov əlavə edib ki, “Rus Evi”nin Azərbaycandakı fəaliyyəti tamamilə dayandırılıb və qurum ləğv edilib.





