
Bakı metrosunda bədbəxt hadisə baş verib. İlkin məlumata görə, yaşı 50–55 aralığında olan kişi sərnişin qatar platformaya daxil olan zaman ehtiyatsızlıq nəticəsində relslərin üzərinə düşüb.
Hadisə baş verən kimi qatarın maşinisti dərhal fövqəladə əyləci işə salıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq əməliyyat planı həyata keçirilib və aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.
Təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin.





