
Bu gündən etibarən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə start verib.
QanunTV.az xəbər verir ki, yeni marşrut regionlararası nəqliyyat əlçatanlığının artırılmasına, sərnişinlərin rahat və təhlükəsiz səyahət imkanlarının genişləndirilməsinə xidmət edir.
ADY tərəfindən istifadəyə verilən müasir qatarlar komfortlu şəraitlə təmin olunub, marşrut üzrə hərəkət cədvəli isə sərnişinlərin vaxt baxımından daha səmərəli səyahətini nəzərdə tutur. Yeni reysin həm yerli sakinlərin, həm də turizm məqsədilə bölgəyə səfər edənlərin marağına səbəb olacağı gözlənilir.
Qeyd edək ki, Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm qatar reysinin açılması ölkədə dəmir yolu nəqliyyatının inkişafı və regionların sosial-iqtisadi potensialının artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.





