
Abşeron rayonu, Məmmədli kəndində Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində yerləşən, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi dövlət planına daxil edilib.
Bununla əlaqədar olaraq, sözügedən istiqamətdə ev və həyətyanı sahəsi olan sakinlərdən müvafiq sənədlərin toplanmasına başlanılıb.
Məlumata görə, plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödəniləcək. Əhali həmçinin qanuni prosedurlar və kompensasiyanın ödənilməsi prosesi barədə məlumatlandırılır.





