
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclas zamanı vəkillərin fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb. Yol verdikləri pozuntulara görə 7 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi əməl etmələri tapşırılıb.
Bundan əlavə, hakim vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq Vəkillər Kollegiyasının 8 üzvünün fəaliyyətinə xitam verilib. Fəaliyyətlərinə xitam verilən şəxslər aşağıdakılardır:
• Alməmmədov Nəriman Əli oğlu
• Əliyeva Aytəkin Güləli qızı
• Qazıbəyov İbrahim Mehman oğlu
• Maxsudova Ülkər Taleh qızı
• Mirzəzadə Asim Vilayət oğlu
• Mustafayev Cavidan Mustafa oğlu
• Səfərli Günel Adil qızı
• Süleymanov Cavid Loğman oğlu
Qeyd edək ki, müvafiq qərarlar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində qəbul edilib.





