
Pakistanın Karaçi şəhərində yerləşən ticarət mərkəzində güclü yanğın baş verib.
"Report" xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yanğının söndürülməsi üçün yanğınsöndürən briqadalar hadisə yerinə cəlb olunub və vəziyyət nəzarət altına alınmağa çalışılır.
Hadisənin başvermə səbəbləri hələlik açıqlanmayıb, araşdırmalar davam edir.





