
Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Sənaye Parkında yeni sənaye müəssisələrinin açılışında iştirak edib.
Tədbir çərçivəsində Prezident İlham Əliyev “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun və “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışını edib.
Həmçinin dövlət başçısı “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub. Bu layihələr ölkədə sənaye istehsalının inkişafına, iş yerlərinin yaradılmasına və yerli istehsalın gücləndirilməsinə töhfə verəcək.





