
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Gabala Beverage Company” şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüş keçirib.
Görüş zamanı şirkətin fəaliyyəti, Azərbaycanda həyata keçirilən biznes təşəbbüsləri, eləcə də özəl sektorla dövlət qurumları arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Nazir Mikayıl Cabbarov ölkədə investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı və yerli istehsalın dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Tərəflər qarşılıqlı maraq doğuran layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.





