
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan məhəlləsi”nin tikintisi başa çatdırılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, məhəllənin 4 kvartalında ümumilikdə 26 bina inşa olunub. Layihə çərçivəsində 456 mənzil və 328 qeyri-yaşayış obyekti tikilib.
Bundan əlavə, məhəllədə mədəniyyət mərkəzinin tikintisinin də davam etdiyi bildirilib. Sözügedən mərkəzin bir il ərzində tamamlanması planlaşdırılır.
Qeyd edək ki, “Azərbaycan məhəlləsi” layihəsi qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrdə bərpa və yenidənqurma işlərinə Azərbaycanın dəstəyinin nümunəsidir.




