
Qanuntv.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə keçiriləcək “Nyukasl” – “Qarabağ” cavab oyununa hakim təyinatları müəyyənləşib.
Məlumata görə, qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Luca Pairetto yerinə yetirəcək.
VAR hakimi kimi Daniele Chiffi təyinat alıb. Onun köməkçisi almaniyalı referi Christian Dingert olacaq.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





