
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, Xəzər dənizində “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problem səbəbindən 2 nəfər köməksiz vəziyyətə düşüb.
Təxirəsalınmaz tədbirlər nəticəsində Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu təhlükəsiz şəkildə sahilə çıxarılıb.
Hadisənin digər təfərrüatları araşdırılır.





