
Qanuntv.az xəbər verir ki, hadisə zamanı 2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçmək istəyərkən VAZ-2107 markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarətlər alan azyaşlı təcili tibbi yardım vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Kürdəmir Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.





