
Moskvadan Bakıya uçan Aeroflot aviaşirkətinə məxsus təyyarə quşlarla toqquşmadan sonra Şeremetyevo hava limanına geri qayıdıb.
Qanuntv.az xəbər verir ki, insident uçuş zamanı baş verib. Toqquşmadan sonra ekipaj təhlükəsizlik məqsədilə geri dönmə qərarı verib.
Təyyarənin enişi uğurla həyata keçirilib. Bildirilir ki, hər iki mühərrik normal işlək vəziyyətdə olub və hava gəmisi daha sonra dayanacaq yerinə yönəldilib.
Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunur.





