
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri başa çatıb.
Qanuntv.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan gimnastları nüfuzlu yarışı uğurla başa vuraraq 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.
Milli komandamızın üzvlərindən Gövhər İbrahimova lent proqramında bürünc medala sahib çıxıb. O, halqa ilə hərəkətlərdə də eyni nəticəni təkrarlayıb.
Fidan Qurbanlı top proqramında gümüş medal əldə edib.
Azadə Atakişiyeva isə uğurlu çıxışı ilə seçilərək lent proqramında qızıl medal qazanıb. Gimnast həmçinin topla hərəkətlərdə ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Bundan əlavə, Azərbaycan komandası komanda hesabında da uğurlu çıxış edərək gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 15 ölkədən gimnastlar iştirak ediblər. Yarış həm gənclər, həm də böyüklər kateqoriyalarında yüksək rəqabət şəraitində keçib.






