
ABŞ-nin Kolambus Kryu klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.
Qanuntv.az xəbər verir ki, 21 yaşlı futbolçu müntəzəm mövsümün VI turu çərçivəsində Atlanta Yunayted ilə səfər matçında meydana çıxıb.
O, qarşılaşmanın 90-cı dəqiqəsində Andres Erreranı əvəzləyib. Görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.
Qeyd edək ki, Nəriman Axundzadə qış fasiləsində Qarabağ FK klubundan ABŞ təmsilçisinə transfer olunub. O, yeni klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.





