
Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində həyatını itirib.
Qanuntv.az xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova həyat yoldaşının vəfatının ildönümü ilə əlaqədar rayonun Yuxarı Öysüzlü kəndində yerləşən məzarını ziyarət etməyə gedib.
Məlumata görə, qadın qəbiristanlıqda olarkən yıxılıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Nazilə Qasımovanın xəstəxanada vəfat etdiyi bildirilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.





