
ABŞ Prezidenti Donald Tramp yeni pasport dizaynını ictimaiyyətə təqdim edib.
QanunTV.az xəbər verir ki, Tramp yeni dizaynı “Truth Social” sosial platformasındakı hesabında paylaşıb.
ABŞ liderinin paylaşımında yeni pasportun üzərində “ABŞ-nin yeni pasportu deyir: “Xoş gəlmisiniz, ancaq yaxşı olun” ifadəsi yer alıb.
Bildirilib ki, sənədin daxili səhifələrindən birində Donald Trampın portreti ABŞ-nin Müstəqillik Bəyannaməsinin mətni fonunda yerləşdirilib və aşağı hissədə onun imzası əks olunub.
Pasportun digər səhifəsində isə amerikalı rəssam Con Trambullun “Müstəqillik Bəyannaməsi” adlı məşhur əsərinin təsviri yer alıb.





