
Aparıcı Zaur Kamal avtomobil qəzasına düşüb.
Qanuntv.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib.
Bildirilib ki, qəza nəticəsində aparıcının idarə etdiyi avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız hala düşüb.
Zaur Kamal Axşam.az-a açıqlamasında hadisənin Gəncə istiqamətində hərəkətdə olarkən baş verdiyini bildirib.
“Gəncəyə çataçatda oldu. Salamatlıqdır”, – deyə aparıcı qeyd edib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə əlavə məlumat verilməyib.





