• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Tahir Rzayev: “İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur” [xfvalue_red]

30 Ock, 23 - 14:39

Tahir Rzayev: “İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur”


“Azərbaycanın İranla bağlı mövqeyi dəyişməyəcək. Biz haqsızlıqla, cənub qonşumuzun düşmənçiliyi ilə barışmayacağıq və tələblərimizdə qətiyyətliyik. Rəsmi Tehran öz siyasi gedişlərinə düzəliş etməsə, gələcəkdə gərginlik dərinləşə, diplomatik əlaqələr tamamilə qırıla bilər”.

Bu sözləri Oxu.Az-a şərhində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının nəticələri haqqında danışarkən Milli Məclisin deputatı Tahir Rzayev deyib. O qeyd edib ki, uzun müddətdir anti-Azərbaycan siyasəti yeridən, düşmənlərimizi dəstəkləyən İran bundan sonrakı addımlarına diqqət etməli olacaq:

“İran tərəfi hər zaman Azərbaycan haqqında hüquq normalarına uyğun olmayan, yalan, böhtan xarakterli bəyanatlar səsləndirir. Son hadisə - Tehrandakı səfirliyimizə qarşı terror aktı - göstərdi ki, İran Azərbaycana düşməndir və bu addımları planlı şəkildə həyata keçirir. Bu, qonşu ölkə ilə münasibətlərdə yaxşı nəticələr vəd etmir. Azərbaycan Prezidenti İlham Əliyev də qətiyyətli mövqeyini bildirdi, baş vermiş hadisəni terror aktı adlandırdı. Xarici İşlər Nazirliyi, digər dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatlar hücuma mənfi münasibətlərini bildirdilər. Artıq İrandakı səfirliyimizin nümayəndələri ölkəyə gətiriliblər. Bu düzgün və yerində verilmiş qərar idi. İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur.

İran hakimiyyəti bu barədə ciddi mövqe sərgiləmədi, ancaq gecikmiş başsağlığı ilə kifayətləndi. Halbuki terror aktı ciddi araşdırılmalı, cinayətkar ağır cəza almalıdır. İran Azərbaycandan üzr istəyərək, öz səhvini etiraf etməlidir. Bundan sonra təhlükəsizlik məsələsinə ciddi yanaşılmazsa, diplomatik əlaqələrin bərpası da mümkün olmayacaq”.

Səfirliyin fəaliyyətinin dayandırılması barədə qərarın asan verilmədiyini vurğulayan deputatın sözlərinə görə, İranda yaşayan milyonlarla azərbaycanlının taleyi, problemləri ilə daim maraqlanmaq lazım gəlir:

“Onların təhlükəsizliyi, müraciətlərinə diqqət yetirilməsi, problemlərinin həlli Azərbaycanı hər zaman düşündürüb. Bundan sonra da soydaşlarımızın taleyi bizim üçün önəmli olacaq. Lakin İran dövləti faktiki olaraq Azərbaycana qarşı düşmənçilik nümayiş etdirir və bu münasibətin nəticələrini uzun illərdir, görürük. 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü başlayanda, 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğal altında qaldıqda, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də bu gün İran bizim qəddar düşmənlərimizin yanındadır, onları silahlandırır, yanacaqla təmin edir, hətta dəstəyini açıq-aşkar nümayiş etdirir. Bu, yolverilməzdir və özünü İslam Respublikası adlandıran dövlətə yaraşmayan addımlardır. İran bizimlə özünü din qardaşı hesab edirsə, düşmənçiliyi dayandırmalıdır.

Azərbaycanın öz planları və mövqeyi var. Prezident İlham Əliyev həmişə sülhün, regionda sabitliyin və mehriban qonşuluq siyasətinin tərəfdarı olduğunu bildirir. İran bu şansını dəyərləndirməli, Azərbaycan kimi qonşunu itirməmək üçün münasibətlərin yaxşılaşdırılmasına çalışmalıdır. Əks halda diplomatik əlaqələr tamamilə dayandırıla bilər və bu da İranın özü üçün xoş nəticələr vəd etmir”.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Həmin terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərov şəhid olub. Onun nəşi ötən gecə Bakıya gətirilib və bu gün İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Hadisədən sonra səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə diplomatik nümayəndəliyin fəaliyyəti dayandırılıb, əməkdaşlar Azərbaycana gətiriliblər. Diplomatik münasibətlərin əvvəlki səviyyəyə qaldırılıb-qaldırılmayacağı hazırda sual altındadır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Orxan Əsgərovla vida mərasimi keçirilir
backend
Terrorda əli olanlar təcili cəzalandırılsın - QMİ-dən BƏYANAT
backend
Mehriban Əliyeva İrandakı səfirliyimizə edilən terror aktı ilə bağlı başsağlığı verdi - FOTO/VİDEO
backend
İran səfiri XİN-ə ÇAĞIRILDI
backend
Səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 583

XƏBƏR LENTİ

Sabiq deputat Mahir Aslanov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1624 Şub
Slovakiya elektriki kəsdi, Ukraynadan cavab gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0624 Şub
“Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2124 Şub
Tramp İrana saziş çağırışı edib, əks halda “pis gün”lə hədələyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3724 Şub
ABŞ generalı İrana mümkün zərbənin riskləri barədə xəbərdarlıq edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0824 Şub
Aİ rusiyalı hərbçilərin Şengen zonasına girişini məhdudlaşdırmağı planlaşdırır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:0324 Şub
Rusiya-Ukrayna müharibəsinin dördüncü ili tamam olur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:4224 Şub
Sumqayıtda yeniyetmə qız həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:2924 Şub
Elnur İbrahimov vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0423 Şub
Zərdabda 5 günlük körpənin ölümü: Baba həkim səhlənkarlığı iddiası qaldırdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5523 Şub
Prezident kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq sənədi təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4023 Şub
Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0523 Şub
Qurban Qurbanov: “Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5823 Şub
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3623 Şub
SƏRƏNCAM: FHN nazirinin müavinləri vəzifədən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3123 Şub
İlham Əliyev bu şəxsləri “Tərəqqi” medalı ilə təltif etdi – SİYAHI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4423 Şub
İran Rusiyadan 500 milyon avroluq hava hücumundan müdafiə sistemi alır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3823 Şub
XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:2323 Şub
Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:0722 Şub
Goranboyda yeniyetməni elektrik cərəyanı vurub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:5422 Şub
ABŞ Prezidenti Donald Trumpın təhlükəsizlik xidməti prezidentin Mar-a-Lago iqamətgahına daxil olmağa cəhd göstərən silahlı şəxsi zərərsizləşdirib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5922 Şub
“Nyukasl” – “Qarabağ” oyununa hakim təyinatları açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2122 Şub
İran nüvə danışıqlarında ABŞ-nin təzyiqlərinə boyun əyməyəcəyini bəyan edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0822 Şub
Gəncədə xəstəxanaya gətirilən azyaşlı uşaq vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5122 Şub
Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3022 Şub
Sərxoş halda 102-yə zəng edərək nalayiq ifadələr işlədən şəxs həbs olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2622 Şub
Bakıda gənc tələbə motosiklet qəzasında həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0322 Şub
Heydər Əliyev Fondunun vitse-prezidenti IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva şeirini paylaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3322 Şub
Gəncədə 19 yaşlı tələbə futbol oynayarkən vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:2021 Şub
Tehranda Şərif Universitetində tələbələr etiraz aksiyası keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:3921 Şub
UEFA “Qarabağ”ı cərimələdi – Azarkeşlərin səsləndirdiyi şüarlar əsas səbəb oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1621 Şub
Şəhriyarı məğlub edən Məhəmməd Muradlı Azərbaycan çempionu oldu – FOTOLAR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5921 Şub
Yevlaxda hərbi hissədə əsgər vəfat edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4521 Şub
Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5921 Şub
Ukrayna dronları Zaporijya istiqamətində “Tornado-S” sistemini məhv edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1621 Şub
Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5321 Şub
21 fevral – Beynəlxalq Ana Dili Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1921 Şub
Bakı–Astara magistralında faciə: Yanğınsöndürən xidməti vəzifəsini yerinə yetirərkən həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0221 Şub
Tramp martın 31-dən aprelin 2-dək Çində səfərdə olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3521 Şub
Milli Məclis qadın hərbçilər üçün MAXE müddətini 3 ildən 6 aya endirməyi ilk oxunuşda qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4520 Şub
Təhsilə Sədaqətli və Prinsipial Rəhbər – Günel İsmixanova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2120 Şub
Bakıda ana doğuşdan sonra vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5520 Şub
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir – Prezident Fərman imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4220 Şub
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2820 Şub
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə