
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaq İran İslam Respublikasının yol və şəhərsalma naziri, həmçinin Azərbaycan–İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri kimi ölkəmizdə səfərdədir.
Görüşdə Azərbaycan ilə İran arasında iqtisadi, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, birgə layihələrin icrası və perspektiv istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.





