
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Zaporijya bölgəsində Rusiyaya məxsus “Tornado-S” reaktiv yaylım atəş sistemini sıradan çıxarıb.
Söhbət “Smerç” sisteminin modernləşdirilmiş versiyası olan 300 mm-lik uzaqmənzilli reaktiv yaylım atəş qurğusundan gedir. “Tornado-S” yüksək dəqiqlikli raketlərlə 100 kilometrdən artıq məsafədə hədəfləri vurmaq imkanına malikdir və geniş ərazilərə kütləvi zərbə endirmək üçün istifadə olunur.
Məlumata görə, zərbə Zaporijya vilayəti ərazisində endirilib. Hadisənin görüntülərinin pilotsuz uçuş aparatları vasitəsilə qeydə alındığı bildirilir.
Ukrayna tərəfi qeyd edir ki, bu tip qurğular Rusiyanın müxtəlif istiqamətlərdən Ukraynanın dinc şəhərlərinə, o cümlədən Xarkov, Sumı, Xerson və Nikopol kimi yaşayış məntəqələrinə raket zərbələri endirmək üçün istifadə olunur.





