
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş verib.
Məlumata əsasən, fövqəladə hallar nazirinin müavinləri – Orucəli Hacıyev və Etibar Mirzəyev tutduqları vəzifədən azad olunublar.
Müvafiq qərarın sərəncam əsasında verildiyi bildirilir. Hələlik onların vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama yayılmayıb.
Qeyd edək ki, adıçəkilən şəxslər uzun müddət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıblar.





