
Qanuntv.az xəbər verir ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Bu barədə məlumat xarici işlər nazirlərinin rəsmi sosial media hesablarında paylaşılıb.
Müzakirələr zamanı tərəflər ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq proseslər, xüsusilə Vaşinqtonda keçirilmiş “Sülh Şurası”nın ilk iclası ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx koordinasiyanı davam etdirməklə bağlı razılığa gəliblər.
Danışıqlar çərçivəsində həmçinin regional təhlükəsizlik və beynəlxalq məsələlər üzrə əməkdaşlıq imkanları da müzakirə olunub.





