
UEFA “Qarabağ” futbol klubunu cəzalandırıb.
Qanuntv.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın Ayntraxt Frankfurt klubuna qarşı keçirilən 3:2 hesablı oyunda səsləndirilən şüarlara görə UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.
Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbi ilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi ilk açıqlamada göstərilməsə də, QOL.az-ın məlumatına görə, azarkeşlərin “UEFA – mafiya” şüarı səsləndirməsi əsas səbəb olub.
Bundan əlavə, UEFA təşkilatının məlumatına görə, klub bilet nəzarəti qaydalarını pozub.
Beləliklə, Ağdam təmsilçisi həm cərimə, həm də təşkilati xəbərdarlıqlarla üzləşib.





