
İlham Əliyev Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadəyə dair 2026–2030-cu illər üçün Tədbirlər Planının təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, plan Naxçıvan Muxtar Respublikası ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, mövcud infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Tədbirlər Planı çərçivəsində su təsərrüfatı sistemlərinin yenilənməsi, müasir texnologiyaların tətbiqi, su itkilərinin azaldılması və əhalinin dayanıqlı su təminatının gücləndirilməsi istiqamətində addımların atılması nəzərdə tutulur.
Sənəd regionda su təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd təsərrüfatının inkişafına əlavə töhfə verməyi hədəfləyir.





