
Prezident İlham Əliyev AzerGold Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Məlumata görə, Sərəncamla Azərbaycanda dağ-mədən sənayesinin inkişafında, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” QSC-nin aşağıdakı
əməkdaşları təltif ediliblər:
Caniyev İbrahim Mustafa oğlu
Hüseynov Fuad Camal oğlu
Xələfov Sadiq Miri oğlu
İsmayılov Tofiq Köçəri oğlu
Quliyev Emil Ehtiram oğlu
Məmmədəliyev Dadaş Şixməmməd oğlu
Məmmədov Ələsgər Ağamehdi oğlu
Talıbov Zəka Famil oğlu
Qeyd edək ki, müvafiq sərəncamın mətni ilk olaraq Bizim.Media tərəfindən yayılıb.





