Türk Dövlətləri Təşkilatının X sammiti çərçivəsində imzalanan sənədlərin siyahısı açıqlanıb.
Bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Qeyd olunub ki, sammitdə 12 sənəd imzalanıb:
1. Astana Aktı;
2. Türk Dövlətləri Təşkilatının X Zirvə Toplantısının Bəyannaməsi;
3. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Türk dünyasının ən ali ordeni” ilə təltif edilməsi haqqında dövlət başçılarının qərarı;
4. Türk dünyasının maliyyə mərkəzləri statusunun verilməsi ilə bağlı dövlət başçılarının qərarı;
5. Türk əməkdaşlıq təşkilatlarının yeni bayraqlarının qəbulu haqqında qərar;
6. Dövlət başçılarının təyinatlar haqqında qərarı;
7. İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusunun verilməsi haqqında qərar;
8. Fevralın 6-nın təbii fəlakət qurbanlarının anım günü və Türk Dövlətləri Təşkilatının əməkdaşlıq günü kimi təsdiq edilməsi haqqında qərar;
9. Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcənin idarə edilməsi qaydaları haqqında qərar;
10. “Türk Dövlətləri Təşkilatının Daimi Nümayəndələri haqqında Əsasnamə”nin hazırlanması haqqında qərar;
11. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müvafiq qurumları arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Protokol;
12. Türk Dövlətləri Təşkilatının 2023-2027-ci illər üçün nəqliyyat kommunikasiyası proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı (yol xəritəsi).