Azərbaycanın futzal millisi bugün DÇ-2024-ün elit-raund mərhələsində son oyununu keçirəcək.
Vitali Borisovun baş məşqçilik etdiyi komanda bağlanış matçında Niderlandın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, qələbə qazanacağı təqdirdə Azərbaycan yığması öz qrupunda 2-ci yeri tutan 4 ən yaxşı komandadan biri kimi pley-offa yüksələ bilər. Bunun üçün D qrupunda İtaliya və Sloveniya komandalarının da məğlub olması zəruridir.
DÇ-2024, Elit-raund
20 dekabr
21:30. Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (hamısı Litva)
Xallar: Qazaxıstan - 15, Niderland - 6, Rumıniya - 4, Azərbaycan - 4.