
Biləsuvar rayonunda baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub. Qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
Hadisə zamanı maşında olan 6 qadından 2-si ölüb, 4 nəfər xilas edilərək Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, avtomobil toy karvanında hərəkət edirmiş. Faktla bağlı araşdırma aparılır.





