
Rusiya Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükündən əlavə, gübrələrin daşınması imkanlarını da araşdırır.
Noyabrın əvvəlində Rusiyaya məxsus taxıl daşıyan ilk qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb.
Bu, həm Ermənistan, həm də Azərbaycanın müstəqillik tarixində ilk dəfə həmin marşrutla həyata keçirilən taxıl daşımalarıdır.
Daha sonra Qazaxıstan taxılı da həmin xətt vasitəsilə daşınıb.
Hazırda bu marşrutla digər növ yüklərin, o cümlədən gübrələrin daşınması imkanları da müzakirə olunur.
Bununla yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatarlar da istifadəyə verilib və yüklərin əks istiqamətdə daşınması imkanları nəzərdən keçirilir.
Qanuntv.az





