• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“Azərbaycan SQ Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdır” - Məhərrəm Əliyev [xfvalue_red]

25 Haz, 23 - 11:30

“Azərbaycan SQ Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdır” - Məhərrəm Əliyev


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin “Zirvə yolu”na verdiyi özəl müsahibəni sizə təqdim edirik.

– Milli Ordumuzun yaranma tarixi, Azərbaycan əsgərinin şanlı döyüş ənənələri haqqında fikirlərinizi bildirərdiniz.

Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı müvafiq Fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu Fərman Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində tarixi bir addım oldu. Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi, dünya miqyaslı böyük siyasətçi, həm də peşəkar hərbçi idi. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə azərbaycanlıların hərbi məktəblərə daxil olmalarının təmin edilməsi, zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi, hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması ordu quruculuğu sahəsində milli maraqlarımızın bünövrəsini təşkil edirdi. Xalqın təkidli çağırışlarına səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul etdi və genişmiqyaslı islahatlara start verdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər ilk növbədə ölkədə vətəndaş həmrəyliyi və sabitliyin bərqərar olunmasına nail oldu. Silahlı qüvvələrin qanunvericilik bazası yaradıldı, dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Müəyyən qrupların və siyasi dairələrin şəxsi maraqlarına xidmət edən silahlı dəstələr buraxıldı, ayrı-ayrı qoşun növlərinin, hərbi hissələrin formalaşdırılması prosesi qısa müddət ərzində tam başa çatdırıldı, eyni zamanda orduya çağırış və fərarilik halları ilə bağlı problemlər həll edildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı və maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı.

Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirərək müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizamlı və yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail oldu. Dünya miqyasında ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsindən əvvəlki illərdə qazanılan qələbələrimiz deyərdim ki, bizi böyük zəfərə doğru aparan inamlı addımlar idi. 2016-cı ilin aprel döyüşləri zamanı düşmənə dağıdıcı zərbələr endirildi. Nəticədə Ermənistan tərəfi atəşkəs rejiminin bərpa olunması üçün müraciətlər etmək məcburiyyətində qaldı. Sonra, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilmiş möhtəşəm Günnüt əməliyyatını qeyd etmək istərdim. Eləcə də Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda əldə etdikləri ciddi uğurlar. Bütün bunlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olmuşdur. Nəhayət, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ilin 8 noyabrında Şuşa şəhəri düşmən tapdağından azad edildi və bu tarixi qələbə ilə böyük zəfər salnaməmiz yazıldı. Bütün bu qeyd olunanlar Azərbaycan Silahlı Qüvvələrinin şanlı döyüş ənənəsinin əsasını təşkil edir.

– Bü gün Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünyanın ən güclü orduları siyahısındadır. Daha güclü olmamız üçün hansı addımlar atılmalıdır?

Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb və bundan sonra da ordu quruculuğu sahəsində müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. İki gün əvvəl – iyunun 23-də cənab Prezident Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı vurğuladı ki: “Bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına böyük məbləğdə vəsait ayırdıq. Burada iki əsas istiqamət müəyyən edilmişdir – bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunmasıdır”.

Ali Baş Komandanın tələb və tövsiyələrinə uyğun olaraq bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur. Cənab Ali Baş Komandan İlham Əliyev bu məsələlərə xüsusi diqqət göstərir və öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından müstəsna əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallaşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə mütəmadi qaydada genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Bu baxımdan, iki qardaş ölkənin Silahlı Qüvvələri daim dünyanın diqqət mərkəzində dayanır, ölkələrimizin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirir. Təbii ki, yeni standartlar da qəbul edilir və icra olunur. Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları komando birliklərinin hazırlanması istiqamətində öz mühüm tapşırıq və tövsiyələrini verdi və artıq Azərbaycanın ərazilərini istənilən təhlükədən müdafiə edən çox güclü, peşəkar və kifayət qədər potensialı olan komando birlikləri mövcuddur. Həmin perspektivlər isə əlbəttə ki, inkişaf etdirilir və hərbi modelin təkmilləşdirilməsi amili də daim nəzərdə tutulur.

– Son zamanlar erməni silahlı birləşməsinin təxribatlarının artmasının səbəbi nədir, bunu nə ilə izah edərdiniz? Bütün bunların fonunda Azərbaycan ordusu anti – terror əməliyatlarını intensivləşdirə bilərmi?

Cənab Ali Baş Komandan İlham Əliyev qarşıda duran məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əmin-amanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər. Məlumdur ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir. Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları təxribatları artıran amillərdəndir. Ermənistan üzərinə düşən öhdəlikləri, o cümlədən 10 noyabr Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz. Onu da deyim ki, artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir. Hesab edirəm ki, Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək.

Bir daha əminliklə qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələri xalqımızın və dövlətimizin etimadını şərəflə doğrultmağa və Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdır.

– Cənab general, Ermənistan Siyasi hakimiyətinin ikili oyunu və sülh razılaşmasına mane olan tərəflər nədir?Azərbaycan Ermənistan sərhədlərinin delmitasiya və demarkasiya prosesində hansı irəliləyişlər var?

Məlumdur ki, Ermənistan keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. Ali Baş Komandanın bildirdiyi kimi, Azərbaycan tərəfinin sülh üçün mühüm şərti Zəngəzur dəhlizinin açılması və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasıdır. Bundan sonra beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq hazırlanmış və ölkəmizin ərazi bütövlüyünün, müharibədən sonrakı reallıqların əks olunduğu sənədi Ermənistan imzalamalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Biz şahidi olduq ki, 30 ilə yaxın dövrdə Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır. Bir sıra siyasi dairələrin Ermənistanın təxribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Azərbaycan müstəqil dövlətdir və onun maraqlarına zidd atılan istənilən adımın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

Bildiyiniz kimi, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyası fəaliyyət göstərir və işçi qrupların görüşləri keçirilir. Növbəti belə görüşün keçirilməsi nəzərdə tutulur.

– Sonda cənab general Silahlı Qüvvələr günü ilə bağlı təbriklərinizi eşitmək istərdik.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıram. Doğma Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir, qazilərimizə şəfa diləyirəm.

Anar Şuşalı
Hərbi jurnalist

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
backend
Prezident: “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi”
backend
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
backend
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq
backend
Prezidentin köməkçisi Naxçıvana getdi, müşavirə keçirdi - Fotolar
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 583

XƏBƏR LENTİ

Tramp İrana saziş çağırışı edib, əks halda “pis gün”lə hədələyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3724 Şub
ABŞ generalı İrana mümkün zərbənin riskləri barədə xəbərdarlıq edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0824 Şub
Aİ rusiyalı hərbçilərin Şengen zonasına girişini məhdudlaşdırmağı planlaşdırır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:0324 Şub
Rusiya-Ukrayna müharibəsinin dördüncü ili tamam olur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:4224 Şub
Sumqayıtda yeniyetmə qız həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:2924 Şub
Elnur İbrahimov vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0423 Şub
Zərdabda 5 günlük körpənin ölümü: Baba həkim səhlənkarlığı iddiası qaldırdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5523 Şub
Prezident kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq sənədi təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4023 Şub
Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0523 Şub
Qurban Qurbanov: “Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5823 Şub
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3623 Şub
SƏRƏNCAM: FHN nazirinin müavinləri vəzifədən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3123 Şub
İlham Əliyev bu şəxsləri “Tərəqqi” medalı ilə təltif etdi – SİYAHI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4423 Şub
İran Rusiyadan 500 milyon avroluq hava hücumundan müdafiə sistemi alır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3823 Şub
XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:2323 Şub
Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:0722 Şub
Goranboyda yeniyetməni elektrik cərəyanı vurub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:5422 Şub
ABŞ Prezidenti Donald Trumpın təhlükəsizlik xidməti prezidentin Mar-a-Lago iqamətgahına daxil olmağa cəhd göstərən silahlı şəxsi zərərsizləşdirib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5922 Şub
“Nyukasl” – “Qarabağ” oyununa hakim təyinatları açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2122 Şub
İran nüvə danışıqlarında ABŞ-nin təzyiqlərinə boyun əyməyəcəyini bəyan edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0822 Şub
Gəncədə xəstəxanaya gətirilən azyaşlı uşaq vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5122 Şub
Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3022 Şub
Sərxoş halda 102-yə zəng edərək nalayiq ifadələr işlədən şəxs həbs olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2622 Şub
Bakıda gənc tələbə motosiklet qəzasında həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0322 Şub
Heydər Əliyev Fondunun vitse-prezidenti IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva şeirini paylaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3322 Şub
Gəncədə 19 yaşlı tələbə futbol oynayarkən vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:2021 Şub
Tehranda Şərif Universitetində tələbələr etiraz aksiyası keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:3921 Şub
UEFA “Qarabağ”ı cərimələdi – Azarkeşlərin səsləndirdiyi şüarlar əsas səbəb oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1621 Şub
Şəhriyarı məğlub edən Məhəmməd Muradlı Azərbaycan çempionu oldu – FOTOLAR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5921 Şub
Yevlaxda hərbi hissədə əsgər vəfat edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4521 Şub
Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5921 Şub
Ukrayna dronları Zaporijya istiqamətində “Tornado-S” sistemini məhv edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1621 Şub
Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5321 Şub
21 fevral – Beynəlxalq Ana Dili Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1921 Şub
Bakı–Astara magistralında faciə: Yanğınsöndürən xidməti vəzifəsini yerinə yetirərkən həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0221 Şub
Tramp martın 31-dən aprelin 2-dək Çində səfərdə olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3521 Şub
Milli Məclis qadın hərbçilər üçün MAXE müddətini 3 ildən 6 aya endirməyi ilk oxunuşda qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4520 Şub
Təhsilə Sədaqətli və Prinsipial Rəhbər – Günel İsmixanova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2120 Şub
Bakıda ana doğuşdan sonra vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5520 Şub
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir – Prezident Fərman imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4220 Şub
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2820 Şub
Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1220 Şub
DİN xəbərdarlıq edir: Dələduzluğun üsulu dəyişsə də, məqsədi dəyişmir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0720 Şub
İran Ordusuna Məxsus Təlim Təyyarəsi Həmədanda Qəzaya Uğrayıb — 1 Pilot Həlak Oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:5020 Şub
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə