• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Mehriban Əliyevadan diplomatik dildə etiraz [xfvalue_red]

15 Kas, 22 - 14:10

Mehriban Əliyevadan diplomatik dildə etiraz

Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb.

Qanuntv.az APA-ya istinadən xəbər verir ki, Birinci vitse-prezident bu vəzifədən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması, bununla da, UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkanı xaricində olması ilə əsaslandırıb.

Lakin UNESCO ilə bağlı son illər baş verən proseslərdən göründüyü kimi, Mehriban Əliyevanın bu qərarı faktiki olaraq UNESCO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır.

Azərbaycan dövləti uzun illər ərzində UNESCO ilə əməkdaşlığı daim yüksək səviyyədə saxlamağa çalışıb, bu təşkilat çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə, eləcə də layihələrdə yaxından iştirak edib. Bu təşkilatla Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsində təbii ki, Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Mehriban Əliyeva şəxsən, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünya mədəni irsinin qorunması və bərpasına mühüm töhfələr verib. Diqqət çəkən məqam ondan ibarətdir ki, Fondun həyata keçirdiyi layihələr arasında xristian abidələrinin təmir-bərpası üstünlük təşkil edir. Bu, onun göstəricisidir ki, Azərbaycan dövləti, eləcə də onun Prezidenti və Birinci vitse-prezidenti mədəniyyət nümunələrinə, mədəni, dini irsə münasibətdə də heç vaxt ayrı-seçkiliyə yol verməyib və vermir. Heydər Əliyev Fondunun təmir-bərpa etdirdiyi mədəni irs nümunələrinin siyahısına nəzər saldıqda bunu aydın görmək olur.

Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci il iyunun 22-də imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. 2014-cü il iyunun 2-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bərpa edilmiş Roma katakombaları ilə tanış olub. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir, bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.

Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun maliyyə yardımı ilə Strasburq kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsi bərpa edilib. 1320-1340-cı illərdə salınmış bu şüşələrin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub.

Heydər Əliyev Fondu Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək verib. Bundan başqa, Strasburqun “Notre Dame” kilsəsinin təmir-bərpasına da maliyyə vəsaiti ayırıb.

Fond tərəfindən Fransanın Versal sarayında və parkında iki abidənin bərpası işləri həyata keçirilib.

Heydər Əliyev Fondu İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası üçün ianə kampaniyasına maliyyə yardımı edib.

Təbii ki, bu, Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi layihələrin tam siyahısı deyil.

Birinci vitse-prezident xarici ölkələrlə yanaşı, Azərbaycanda da analoji təşəbbüslərlə çıxış edir. Ölkəmizdə müxtəlif dinlərə, mədəniyyətlərə məxsus abidələr Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Azərbaycanda da İslam dini ilə yanaşı, başqa dinlərə məxsus inanc məbədləri Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa olunur.

Fond tərəfindən “Dini tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsində və Pravoslav kilsəsində yenidənqurma işləri aparılıb.

Bundan başqa, ölkəmizdəki digər kilsələr, məscidlər, ziyarətgahlar bərpa olunur, inanclı insanların rahat ibadət etməsi, ziyarəti üçün hər cür şərait yaradılır. Azərbaycanın bütün dünyada tolerant, multikultural ölkə kimi tanınmasında Mehriban Əliyevanın, onun rəhbəri olduğu Heydər Əliyev Fondunun xüsusi rolu var.

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra isə Heydər Əliyev Fondunun fəaliyyət istiqamətində yeni səhifə açılıb. Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə tarixi və dini abidələrin bərpası ilə bağlı layihələr həyata keçirir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa olunur, Zəngilan məscidinin inşasına başlanılıb. Şuşada Azərbaycanın görkəmli nəsillərindən olan Mehmandarovlara məxsus tarixi malikanənin bərpa işləri artıq başa çatıb. Bununla yanaşı, Şuşadakı Qazançı kiləsində də Azərbaycan dövləti tərəfindən təmir-bərpa işləri aparılır.

Lakin təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-UNESCO əlaqələrinin yüksələn xətlə inkişafına, UNESCO-nun dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyə rəğmən, UNESCO tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməyib.

30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın eyni zamanda mədəni irsimizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti digər beynəlxalq təşkilatlar kimi, UNESCO tərəfindən də heç vaxt pislənilməyib. Bu illər ərzində Azərbaycan dövləti tərəfindən edilən çağırışlara heç bir qarşılıq verilməyib, Ermənistanın işğal müddətində mədəni sərvətlərimizin dağıdılması və mənimsənilməsi kimi cinayətləri barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərə missiya göndərməyib.

Azərbaycan Ermənistanın təcavüzü nəticəsində tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması məsələsini UNESCO qarşısında dəfələrlə qaldırsa da, ancaq laqeyd münasibət görüb. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın dini, tarixi və mədəni irsinə qarşı hansı miqyasda vandalizm, vəhşilik törətdiyi barədə aydın təsəvvür yaransın. Ermənistan işğal etdiyi ərazilərdə 67 məsciddən 65-ni yer üzündən silib, iki məscid isə yarasız hala salaraq, tövləyə çevirib, orada donuz, inək saxlayıb. UNESCO isə bu illər ərzində belə faktlara göz yumub, İslam irsinin, Azərbaycan mədəniyyətinin yer üzündən silinməsinə səsini belə çıxarmayıb.

Azərbaycan Vətən müharibəsində qələbə qazanan kimi isə bunun əksinə olaraq, Azərbaycanın guya bəzi abidələri dağıtmaq barədə Ermənistanın iddiaları əsas götürülüb, UNESCO missiyanın göndərilməsi istiqamətində canfəşanlıq edib. Azərbaycanın bu dəfə də xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, UNESCO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirib, yenə də missiya reallaşmayıb.

Qeyd etmək yerinə düşər ki, hələ 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə UNESCO ən azından Azərbaycanın çağırışlarına reaksiya vermiş, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmamasını qeyd etmişdi.

Son baş verənlər isə belə düşünməyə əsas verir ki, UNESCO tərəfindən Azərbaycana qarşı qərəzli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması da diqqətdən qaçmamalıdır.

Əvvəlki baş direktorlar tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, UNESCO-nun prinsiplərinə hörmətə baxmayaraq, hazırkı baş direktor Odri Azulayın yanaşmalarının təməlində Fransanın da ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı güman olunur.

Azərbaycan məhv edilmiş mədəni irsin bərpasında UNESCO-nun əsas prinsiplərini qoruyub saxlayacağı barədə dəfələrlə səsləndirdiyi bəyanatlara belə məhəl qoyulmadığı açıq-aydın qərəz kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev də UNESCO-nun ölkəmizə qarşı qərəzli münasibətinə dəfələrlə etirazını bildirib.

“Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik. Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”, - deyə dövlət başçısı hələ 2021-ci il yanvarın 5-də bəyan etmişdi.

Azərbaycanın UNESCO-nun işinə uzun illər verdiyi töhfənin məhz təşkilatın imicinin qaldırılmasına əsaslandığını, ölkəmizin təşkilatın işində fəal rolunu nəzərə alaraq, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir vəzifəsindən imtinasından sonra Azərbaycanla münasibətlərdə məhz itirən tərəfin UNESCO olacağı şübhəsizdir.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Mehriban Əliyeva fəaliyyətinə xitam verilməsi üçün YUNESKO-ya məktub ünvanlayıb
backend
Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı PAYLAŞIM
backend
Mehriban Əliyevadan Zəfər Günü ilə bağlı PAYLAŞIM - VİDEO
backend
Mehriban Əliyevadan Anım Günü ilə bağlı PAYLAŞIM
backend
“Mehribansan ana kimi” - AzTV-dən təsirli videoçarx
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 091

XƏBƏR LENTİ

Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2617 Ağu
İran ABŞ-a məxsus vurulduğu bildirilən hərbi təyyarə və PUA-ların qalıqlarını nümayiş etdirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2417 Ağu
Avqustun 17-də bu rayonlarda elektrik enerjisi olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2017 Ağu
Xocavənd və Şuşanın kəndlərinə Böyük Qayıdış davam edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1717 Ağu
Bərdədə təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1317 Ağu
“Sabah” – “Hapoel Beer-Şeva” matçının biletləri satışa çıxarılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1017 Ağu
Şıxəli Qurbanovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0617 Ağu
Goranboyda yük avtomobili qəzaya uğrayıb: Bir tona yaxın yanacaq yola tökülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0417 Ağu
Viktor Yuşenko Bakıya gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0117 Ağu
Bakıda daş karxanasında 65 yaşlı kişi ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0017 Ağu
Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2516 Ağu
Bəxtiyar Vahabzadə – Azərbaycan sözünün və milli düşüncənin böyük siması [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1916 Ağu
Moskva vilayətinə kütləvi dron hücumu: Ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1616 Ağu
Tovuzda 25 yaşlı sürücü ağır qəzada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1316 Ağu
ABŞ-da “doğuş turizmi” ilə bağlı daha 150 vizanın ləğv edildiyi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0716 Ağu
19 yaşlı almaniyalı üzgüçü dünya rekordunu yenilədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0116 Ağu
Polşada 55 metrdən hündür Məryəm Ana heykəli ucaldılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0016 Ağu
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5816 Ağu
Ucarda iki yük avtomobili toqquşub: İki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5516 Ağu
Astarada 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5116 Ağu
Abdullah Zubir “Qarabağ”dan ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4216 Ağu
Siyəzən səhiyyəsində peşəkarlıq və insanpərvərlik nümunəsi – Nərgiz Əliyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1615 Ağu
Sumqayıtda 6 avtomobil toqquşub – xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0815 Ağu
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0015 Ağu
Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4515 Ağu
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 560 ton buğda göndəriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3015 Ağu
“Turan Tovuz” mövsümə qələbə ilə başladı – “Qəbələ” məğlub oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2115 Ağu
Rövşən Fətullayevə Ekologiya Nazirliyində vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1115 Ağu
Ağdamda açıq ərazidə yanğın başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0315 Ağu
Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ağu
Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5515 Ağu
Hacıqabul səhiyyəsinin inkişafında məsuliyyətli rəhbərlik nümunəsi – Gülşən Qəmbərova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1414 Ağu
İnsan sağlamlığının keşiyində dayanan nümunəvi rəhbər – Novruzov Şamil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1814 Ağu
Quliyev Osman Vəli oğlu – Qobustan bələdiyyəsinə rəhbərlik edən nümunəvi şəxsiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4814 Ağu
Yasamalın bəzi ərazilərində işıq olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0414 Ağu
Zaqatalada avtomobil aşıb: 17 yaşlı sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0014 Ağu
Erlinq Holand Ginnesin Rekordlar Kitabına dörd rekordla düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5814 Ağu
Xankəndiyə növbəti köç karvanı yola salınıb – 22 ailə, 102 nəfər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5614 Ağu
ABŞ İranla müharibədə “MQ-9 Reaper” PUA-larının 25%-ni itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5314 Ağu
XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5114 Ağu
Kəlbəcərdə mina partlayışı: 73 yaşlı kişi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4614 Ağu
Şamil Əliyevə Naxçıvanda yüksək vəzifə verildi – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3614 Ağu
FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 66 nəfər xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2414 Ağu
Salahova Xuraman Xanlar qızı – məktəbəqədər təhsilin inkişafına dəyərli töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4714 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə