• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Xalam oğlu Eminin qisasını aldım - Dünya çempionunu öldürən şəxs [xfvalue_red]

26 Ağu, 22 - 17:08

Xalam oğlu Eminin qisasını aldım - Dünya çempionunu öldürən şəxs


Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə dünya çempionu, 38 yaşlı Zaur Yusifovu qətlə yetirməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Məlum olub ki, Samir Şirəliyev ov silahı əldə etməsinə icazə almaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Razılıq alandan sonra Yasamal rayonu ərazisində yerləşən Ovçular mağazasından 1200 manata ov tüfəngi və patronlar alıb. O, güllə atmağı öyrənmək üçün Novxanıda poliqonda məşq edib. Daha sonra Zaur Yusifovu izləyib, onun yaşadığı evin blokunda gizlənib. Həmin vaxt Zaur Yusifov “Instagram”da canlı videogörüntü paylaşıb. Bu zaman Samir Şirəliyev videodakı məkandan onun çay evində olduğunu müəyyənləşdirərək oraya gedib.

Zaur Yusifov çay evindən çıxıb mağazaya daxil olarkən S.Şirəliyev onu qətlə yetirib.
Samir Şirəliyevə bu qətl hadisəsinə görə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsilə ittiham verilib. Ona qarşı, həmçinin Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama) maddəsilə də ittiham irəli sürülüb. İddia olunur ki, üzərindən döyüş bıçağı da tapılıb.

Samir Şirəliyev bu ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bilib. O, soyuq silahla bağlı ittihamı qəbul etməyib, özünü Cinayət Məcəlləsinin 120.1 maddəsilə təqsirli bilib.

S.Şirəliyev bildirib ki, Zaur Yusifovu ümumi təhlükəli üsulla öldürməyib. Əksinə, mağazada satıcını görəndə atəş açmayıb. Ehtiyat edib ki, güllə ona da dəyə bilər. Zaur Yusifov yerini dəyişəndən sonra piştaxtaların yanında ona atəş açıb. O qetd edib ki, xalası oğlu Emin Səfərov hələ uşaq vaxtlarından onların dolanışığına kömək edib, qayğı göstərib: “Emin mənə həm ata, həm ana, həm də qardaş olub. O, öldürüləndə mən müharibədə idim, hərbi xidmət dövrümə düşmüşdü. Onun ölümündən hərbi xidmətdən qayıdandan sonra xəbərim oldu. Zaur Yusifov həbsdən buraxılanda qərarlaşdırdım ki, ondan qisas alacam”.

Samir Şirəliyev cinayəti törədəndən sonra gedib xalası oğlunun Masallıdakı məzarını ziyarət edib, orada da təslim olmağı planlaşdırıb. Amma sonradan fikrini dəyişib: “Fikirləşdim ki, evdəkilərə narahatlıq yaradaram. Ona görə qərara gəldim ki, elə Cəlilabadda təslim olum. Cəlilabad rayon Polis Şöbəsinə gedib təslim oldum”.

Vəkillər Samir Şirəliyevin nəzərinə çatdırıb ki, xalası oğlunun qətlinə görə daha bir nəfər – Həsən Tağıyev də həbs olunub. Ona məhkəmənin hökmüylə 18 il həbs cəzası kəsilib. Elə həmin məhkəmə də Zaur Yusifovu təqsirsiz hesab edib, ona bəraət vermişdi. Belə olan halda, niyə Həsən Tağıyevi yox, Zaur Yusifovu hədəf seçməsini Samir Şirəliyev bu cür izah edib: “Həsən onu təkbaşına öldürə bilməzdi. Emini öldürmək onun başı üçün deyildi. Bilirdim ki, o öldürüb, sadəcə, məhkəmə nəyə görəsə, hansısa yolla bəraət verib”.

Xatırladaq ki, qətlə yetirən Zaur Yusifov kriminal aləmdə “Lotu Qulinin yaxın adamı” və “Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovu öldürməkdə təqsirləndirililərək həbs edilmişdi. Uzun müddət bu ölüm işinə görə Həsən Tağıyev adlı başqa bir təqsirləndirilən şəxslə birlikdə mühakimə olunan Zaur Yusifova sonda bəraət verilmişdi. O, 2021-ci ilin oktyabrında bəraət hökmüylə məhkəmə zalından azadlığa buraxılmış, Həsən Tağıyevə isə 18 il həbs cəzası kəsilmişdi.

Zaur Yusifovu qətlə yetirən 22 yaşlı Samir Şirəliyev mərhum Emin Səfərovun (Emin 44) xalası oğludur. //trend//

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İntim videolar yayan FHN polkovniki HƏBS EDİLDİ
backend
Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜ
backend
Şəhid Samir Xudiyev Bakıda torpağa tapşırıldı
backend
Qətlə yetirilən əsgər evin tək oğlu imiş
backend
Vəkilləri Vilyam Hacıyevə bəraət istəyirlər
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 305

XƏBƏR LENTİ

Abşeronda 30 yaşlı kişi hamamda elektrik cərəyanı vurması nəticəsində ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1224 Ekm
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı 9 nəfər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0624 Ekm
Dilarə Əliyevaya ARB televiziyasında yeni vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5824 Ekm
Göygöldə usta təmir etdiyi evdə ölü tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0724 Ekm
Beyləqanda ingilis dili müəllimi vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5424 Ekm
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3824 Ekm
Salyanda ağır qəza: bir nəfər ölüb, üç nəfər yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2824 Ekm
Azərbaycanda nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2224 Ekm
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3023 Ekm
FIFA: Azərbaycan U-15 Dünya Çempionatı və Festivalına hazırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2123 Ekm
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1123 Ekm
Ermənistanlı ekspertlər sərhəd insidentlərinin araşdırılmasını tələb edirlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0023 Ekm
Arda Güler “Real Madrid”lə müqaviləsini 5 il uzadıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5223 Ekm
“Naxçıvan Aqroservis”in rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5023 Ekm
Bakıda qətlə yetirilən 33 yaşlı qazinin qatili saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4923 Ekm
Bakıda binada uçqun baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3723 Ekm
Bakı Metropolitenində yeni kadr təyinatları olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3923 Ekm
Texnologiyalar parkının rezidentlərində çalışanlara 20 illik vergi güzəşti tətbiq ediləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1423 Ekm
Moskvadan Bakıya Qızıl Zəfər: 9 Yaşlı Arif Hüseynov Beynəlxalq Turnirin Çempionu Oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4122 Ekm
Azərbaycandan ixrac edilən vint, bolt və qaykalar üzrə gömrük rüsumları 20 dəfə artırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0122 Ekm
Cəbrayılda avtomobil aşdı: Sürücü hadisə yerində öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4522 Ekm
Alyona Əliyeva müharibədən zərər çəkmiş ukraynalı uşaqlarla vaxt keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3622 Ekm
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1622 Ekm
Biləsuvarda 17 yaşlı qızın meyiti yaşadığı evin həyətində aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0422 Ekm
Leyla Əliyeva Səmərqənddə Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5222 Ekm
Türkiyədə faciəvi hadisə: 26 yaşlı azərbaycanlı iş yerində həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4422 Ekm
Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalı 200 milyon dollara çatdırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3622 Ekm
Mateuş Koxalskinin “Qarabağ”dan ayrılmasının səbəbi bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3222 Ekm
“Brain Academy”də 2 yaşlı autizmli uşağa qarşı zorakılıq: Cinayət işi başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2222 Ekm
Masazırda 65 yaşlı kişi sevgilisini döyməkdə ittiham olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4821 Ekm
Leyla Əliyeva Səmərqənddə beynəlxalq sammit və konqresin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3821 Ekm
Avropada qazın bahalaşması Azərbaycanın ixrac gəlirlərini artıra bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3721 Ekm
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə enerji əməkdaşlığını müzakirə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3321 Ekm
Azərbaycan məktəblərində TikTok-a giriş məhdudlaşdırılıb – Rəsmi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2521 Ekm
Lerikdə qanunsuz qızıl axtaran şəxs qayalıqdan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1621 Ekm
Elçin Əmirbəyov Brüsseldə NATO nümayəndəsi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0521 Ekm
Qaxda azyaşlı qıza qarşı cinsi zorakılıq ittihamı ilə iki nəfərə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0321 Ekm
Leyla Əliyeva və Saida Mirziyoyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5121 Ekm
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:3921 Ekm
Zəngilan şəhərinin işğaldan azad edilməsindən altı il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2020 Ekm
Aşqabadda Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva arasında üçtərəfli görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4520 Ekm
Nərgiz Əliyeva – səhiyyə sahəsində məsuliyyətli idarəçilik və insan sağlamlığına xidmət missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5720 Ekm
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0120 Ekm
Ramin Musayev – Giləzi bələdiyyəsində yerli idarəçilik və ictimai məsuliyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4520 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə