
Gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində yerləşən hədəflərə kütləvi hava zərbələri endirib. Yerli mənbələrin və rəsmi qurumların məlumatına görə, əsasən enerji infrastrukturu hədəf alınıb.
Çerkassı şəhərində energetika obyektinə bir neçə güclü zərbə dəyib. Nəticədə yarımstansiyada yanğın baş verib, şəhərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Nikolayev vilayətinin Voznesensk şəhər rəhbərliyi də enerji obyektinin vurulduğunu açıqlayıb. Hadisədən sonra su təchizatında problemlər müşahidə olunur.
Krivoy Roq şəhərinə də bir neçə zərbə endirildiyi, energetika infrastrukturunun zədələndiyi bildirilir.
Bundan əlavə, Sumı şəhərində və vilayət ərazisində partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.
Yayılan kadrlarda Çerkassı və Krivoy Roqda qeydə alınan zərbələrin nəticələri əks olunub.





