• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İranda prezidentliyə ən gənc NAMİZƏD - DOSYE [xfvalue_red]

17 Haz, 24 - 12:13

İranda prezidentliyə ən gənc NAMİZƏD - DOSYE

İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Modern.az saytı ötən günlərdə Səid Cəlili, Məsud Pezeşkian, Məhəmməd Baqir Qalibaf, Əlirza Zakani və Mustafa Purməhəmmədi haqqında yazılar təqdim etmişdi.

Bu dəfə Seyid Əmir Hüseyin Qazizadə Haşiminin kim olduğunu diqqətə çatdırırıq.

Sabiq millət vəkili Seyid Əmir Hüseyn Qazizadə Haşimi kimdir?

Əmir Hüseyn Qazizadə Haşimi 14-cü prezident seçkilərinə buraxılmış ən gənc namizəddir.

O, 1971-ci ildə Rəzəvi Xorasan əyalətinin şimal-şərqindəki Fəriman şəhərində anadan olub. İxtisasca çörəkçi olan atasının daha iki oğlu və dörd qızı var.

Dindar və inqilabçı bir ailədə böyüyən Qazizadə Haşiminin babası Qərbin dəstəklədiyi Pəhləvi rejiminin anti-İslam siyasət və əməllərinin güclü əleyhdarı idi.

Onun kiçik qardaşı Seyid İhsan Qazizadə Haşimi parlamentdə Feriman və Sərəxs seçki dairəsini təmsil edən siyasətçidir.

Qazizadə Haşimi eks-prezident Həsən Ruhani hökumətində səhiyyə naziri vəzifəsində çalışmış Seyyid Həsən Qazizadə Haşiminin əmisi oğludur.

İran-İraq müharibəsinin son illərində cəbhəyə gedən Qazizadə Haşimi ayağından yaralanıb.

Müharibədən qayıtdıqdan sonra Məşhəd Tibb Elmləri Universitetində tibb təhsili alıb. 1997-ci ildə ailə quran Qazizadə Haşiminin iki övladı var.

Qazizadə Haşimi 2002-ci ildə Xorasan Qaziləri və Şəhidləri Fondunun vitse-prezidenti seçilib və Məşhəd Tibb Elmləri Universitetinin qəyyumlar şurasının üzvü olub.

O, Şəhid Beheşti Tibb Elmləri Universitetində dosent vəzifəsində çalışıb və millət vəkili olana qədər Simnan Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.

Qazizadə Haşimi 2008-ci ildə Məşhəd və Kələt seçki dairələrini təmsil edərək 8-ci parlamentə daxil olub. Həmçinin 2021-ci ilə qədər 9, 10 və 11-ci dövr parlamentlərdə iştirak edib.

Mühafizəkar siyasi xadim Qazizadə Haşimi Paydari Cəbhəsi Mərkəzi Şurasının üzvüdür və 2013-2014-cü illərdə partiyanın sözçüsü vəzifəsində çalışıb.

O, 2021-ci ildə Şəhidlər Fondunun prezidenti təyin edilib. Həmin il ölkədə keçirilən prezident seçkilərinə qatılıb və mərhum İbrahim Rəisinin namizədliyini dəstəkləyən namizədlər arasında dördüncü olub.

Bu il iyunun 3-də Daxili İşlər Nazirliyinə gələn və 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçən Qazizadə Haşimi mətbuat konfransında İbrahim Rəisi hökumətinin siyasətini dəstəkləyib və mərhum prezidentin xalqın problemlərinin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Qazizadə Haşimi dövlət televiziyasına verdiyi açıqlamada deyib ki, prezident seçilərsə, quracağı hökumət “xalq hökuməti, ailə hökuməti” olacaq.

Siyadi ekspertlər Seyid Əmir Hüseyn Qazizadə Haşiminin prezident seçilmək şanslarının aşağı olduğunu deyərək, onun kiminsə xeyrinə geri çəkilə biləcəyini proqnozlaşdırıblar.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İran prezidenti olmaq istəyən azərbaycanlı NAMİZƏD
backend
İran prezidenti olmaq istəyən azərbaycanlı NAMİZƏD
backend
İranda prezidentliyə namizədlərdən ən şanslısı kimdir? - TƏHLİL
backend
İranda prezidentliyə namizədlərdən ən şanslısı kimdir? - TƏHLİL
backend
Putin Rəisinin dəfninə görə İrana gedəcək - İDDİA
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 299

XƏBƏR LENTİ

Elmdən idarəçiliyə uzanan yol: Səadət Əliyevanın təhsil missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2415 Ekm
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1315 Ekm
Bakıda məktəbin mühafizəçisinə hücum edilib – Əməliyyat olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1015 Ekm
İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0515 Ekm
Ərdoğanın sədrliyi ilə Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0215 Ekm
Donald Tramp administrasiyası Barbara Tornhilli xüsusi səfir təyin edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ekm
İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoq ilə görüşü olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5415 Ekm
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4515 Ekm
Bakıda atasını öldürməkdə təqsirləndirilən Ayxan Vəlizadəyə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0115 Ekm
Gədəbəydə dəhşətli qəza: Sərxoş sürücünün həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5015 Ekm
Azərbaycanda ödəniş sistemləri üzrə yeni tariflər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1314 Ekm
Media və Yayım Şurası: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumları intensivləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1114 Ekm
İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0514 Ekm
Azərbaycanda dövlət qurumlarının saytlarına kiberhücum olub – Rəsmi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5814 Ekm
“İlin Vəhşi Təbiət Fotoqrafı 2026” müsabiqəsinin qalibi bəlli olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5314 Ekm
Şirvanda taxtdan yıxılan bir yaşlı körpə Bakıda xəstəxanada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3814 Ekm
Alyona Əliyeva “44” bədii filminin təqdimat mərasimindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2814 Ekm
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2214 Ekm
Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5914 Ekm
Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5014 Ekm
Gəncə İdman Liseyi – sağlam gələcəyin, güclü iradənin və idman uğurlarının ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1513 Ekm
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3413 Ekm
“Sabah”ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2913 Ekm
İranın daxili işlər naziri Azərbaycana səfər edib – Vilayət Eyvazovla görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2713 Ekm
Üzərində yazı olan əsginaslarla bağlı xəbərdarlıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1713 Ekm
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1413 Ekm
Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq genişləndirilir – Memorandum imzalanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0813 Ekm
İlham Əliyev Prezident təqaüdü ilə bağlı Sərəncam imzaladı – TƏLƏBƏLƏRİN SİYAHISI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0513 Ekm
Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0113 Ekm
İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında bağlantılarda öz rolunu oynayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5613 Ekm
İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinə müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5313 Ekm
Məsim Kazım oğlu Abadov – elmə, təhsilə və idarəçiliyə dəyərli töhfələr verən ziyalı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2312 Ekm
İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3212 Ekm
Masazır-Novxanı yolunda qəza: ölən şəxslərin kimliyi məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2812 Ekm
Gəncədə 36 yaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2412 Ekm
Sumqayıtda dəm qazından boğulan şəxsin şəhid qardaşı olduğu məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1912 Ekm
Məhəmmədəli İstamov Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1712 Ekm
Cəmilə Muradlı Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1412 Ekm
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1212 Ekm
Türkiyədə ağır yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1112 Ekm
Azərbaycan Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0812 Ekm
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiya səddini keçə bilmədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0312 Ekm
Göygöl rayon bələdiyyəsində məsuliyyətli idarəçilik və yerli inkişaf prinsipləri [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1312 Ekm
Göyçayda təhsilin inkişafına töhfə verən məktəb rəhbəri – İlqar Rüstəmov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2511 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə