Türk dünyası iqlim dəyişikliyi ilə bağlı mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verir.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu il Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq: “Biz bu məsələdə Azərbaycana dəstək verməyə hazırıq”.