
Kardioloq Aurelio Roxas qış aylarında sağlamlığı daha da gücləndirmək üçün gündəlik qida rasionuna üç meyvənin daxil edilməsini məsləhət görüb.
Qanuntv.az xəbər verir ki, həkim bu barədə “Deia” nəşrinə açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə hər gün alma yemək faydalıdır. Çünki alma xolesterolu aşağı salan liflə zəngindir və qan şəkəri ilə xolesterol səviyyəsini normallaşdıraraq ürək-damar xəstəlikləri riskini azaldır.
Roxas növbəti meyvə kimi portağalı tövsiyə edib. C vitamini və flavonoidlərlə zəngin olan portağal immun sistemini gücləndirir, iltihabı azaldır və damar sağlamlığını yaxşılaşdırır.
Mütəxəssis əlavə edib ki, kivi isə qan təzyiqinin tənzimlənməsinə kömək edir və ürək sağlamlığı üçün faydalıdır.





